Trampla gizli şəbəkələrin müharibəsi: ABŞ-da əslində nə baş verir?
Bizi izləyin

ABŞ

Trampla gizli şəbəkələrin müharibəsi: ABŞ-da əslində nə baş verir?

ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra bütün ölkəni bürüyən etiraz aksiyaları “vətəndaş müharibəsi başlaya bilərmi” suallarını gündəmə gətirdi.

Publika.az
xəbər verir ki, türkiyəli yazar Taha Dağlı bu sualı şərh edib.

T.Dağlı hesab edir ki, əslində baş verənlər müharibədir: “Koronavirus pandemiyası başlamamışdan öncə dünyanın müxtəlif yerlərində uzun müddətdir davam edən toqquşmalar da bu müharibənin bir parçasıdır. Suriya, Yəmən, Liviyadakı müharibə, Livanda və İraqda etirazlar, İranla ABŞ-ın yanvar ayında İraq torpaqlarında toqquşması, Honq-Konqdan başlamış Fransada bir ildən çoxdur davam edən xalq hərəkatı, polislə qarşıdurma, mağazaların yandırılması, Hindistanla Pakistanın toqquşması. Bu zəncirin son halaqası ABŞ oldu. Ağdərili polisin qaradərili şübhəlini kameraların önündə öldürməsindən sonra ölkə qarışdı. Bu ilk dəfə baş vermir. 2014-cü ildən indiyə qədər ağ dərili polislərin kameralar önündə qara dərililəri öldürməsi kimi hadisələr onlarla olub. 2014-cü ildə buna görə Ferquson hadisələri baş verdi, etirazlar həftələrlə davam etdi, etirazçılar şəhərləri yandırırdı, amma heç vaxt indiki səviyyəyə çatmayıb. Əslində bu “qlobalçılarla” “millətçilərin” müharibəsidir”.

T.Dağlı qeyd edib ki, ABŞ pandemiya ilə mübarizədə məğlub oldu: “Rekord sayda ölüm və işsizlik var. Noyabrda seçki var və Tramp seçkilərə yaralanmış vəziyyətdə gedir. ABŞ prezidenti pandemiya başlayandan bəri Çin, Dünya Səhiyyə Təşkilatı, ABŞ-dakı qlobalçılar, onların mediası və demokratlarla mübarizə aparır. Tramp mübarizə apardıqlarına “qlobalçı” deyil. Halbuki, “millətçi” kimi tanınan Trampla qlobalçıların mübarizəsi əvvəldən var idi, sadəcə olaraq, pandemiya bunu şiddətləndirdi. Hadisələrin inkişafı da diqqət çəkir. Mayın 13-də ABŞ dövlət katibi Mayk Pompeo İsrailə getdi, “qlobalçı” kimi təqdim olunan Çinin İsraillə yaxın əlaqələrinə görə Netanyahuya xəbərdarlıq etdi, 3 gün sonra Çinin “qlobalçıların yaxın adamı” olduğu iddia edilən Təl-Əvivdəki səfiri evində ölü tapıldı. Sonra Minneapolisdə polis şiddəti ortaya çıxdı və etirazlar başlandı. Belə etirazlar illərdir var, amma bu dəfə yanan sobaya daha çox odun atılıb”.

Yazarın fikrincə, millətçiləri təmsil edən ABŞ prezidenti Trampla qlobalçıların arasındakı mübarizə bu dəfə ABŞ küçələrində “vətəndaş müharibəsinə” bənzəyən toqquşmalara səbəb oldu.

“Bu o demək deyil ki, ABŞ-da “vətəndaş müharibəsi” başlayacaq, lakin o da dəqiqdir ki, baş verənlər elə müharibədir. Söhbət lokal müharibələrdən gedir, Honq-Konqda və Parisdə baş verənlər də bu idi, indi Los-Anceles və Vaşinqtonda davam edir. Bu, orduların, dövlətlərin bir-biri ilə müharibəsi deyil. Bu, özlərini daha yuxarıda görən şəbəkələrlə dövlətlərin müharibəsidir. “Pandemyadan sonra nə olacaq” sualının cavabı da buradadır. Bəli, pandemiyadan sonra yeni dünya düzəni qurulacaq və baş verənlər də buna hazırlıqdır. Lokal müharibələrin qalibi yeni dünya düzəninin sahibi olacaq”, - türkiyəli yazar bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm