ABŞ
Qeyts TARİX VERDİ: COVID-19 bu müddətdə bitəcək
“Microsoft” korporasiyasının qurucusu Bill Qeyts ABŞ-da koronavirusa qarşı peyvəndlənmənin vaxtını təxmin edib.
Publika.az xəbər verir ki, o, ABŞ-ın oktyabr ayının sonuna qədər koronavirus peyvəndi əldə edə bilməyəcəyini və bu vaxta qədər sınaqdan keçirilən yalnız bir peyvəndin ABŞ-da istifadəyə hazır ola biləcəyinə inanır.
"Peyvəndlərin heç birinin ABŞ-da oktyabr ayının sonuna qədər təsdiqlənməyəcəyi ehtimalı var. Hər şey yaxşı olarsa, oktyabr ayının sonuna qədər təcili istifadə üçün təsdiqlənə biləcək yeganə peyvənd “Pfizer” şirkətinindir", - CNBC kanalına açıqlamasında Qeyts bildirib.
“Microsoft”un qurucusu effektiv olduğu sübut olunarsa, gələn ilin dekabr və ya növbəti ilin yanvar aylarına qədər ABŞ-da peyvənd istifadəsinə icazə veriləcəyinə ümid edir.
Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxma sayı 6,5 milyonu keçib.
Hazırda ölkədə “Moderna”, “Pfizer” və “AstraZeneca” kimi şirkətlər tərəfindən hazırlanmış koronavirus peyvəndlərinin klinik sınaqları davam edir. Bundan əvvəl Prezident Donald Tramp 3 noyabr prezident seçkiləri gününə qədər ABŞ-da COVID-19 peyvəndinin hazır ola biləcəyini söyləmişdi.
ABŞ Qida və Dərman İdarəsinin (FDA) rəhbəri Stiven Hah, “Financial Times” qəzetinə verdiyi müsahibəsində faydalarının potensial risklərdən çox olduğu təqdirdə, klinik sınaqların üçüncü mərhələsi tamamlanmadan əvvəl koronavirus peyvəndini təsdiqləməyə hazır olduqlarını söyləmişdi.
Mütəxəssislərin ehtimallarına görə, planetin 70% sakini koronavirusa qarşı peyvənd olunsa və ya hər hansı başqa üsulla immun sistemi qazana bilsə, pandemiya tamamilə başa çatacaq.
Zümrüd
-
Nida Xəbər 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər
-
Nida Xəbər 16:51Ərdoğan: "Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq"
-
Nida Xəbər 16:49Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
-
Nida Xəbər 16:30Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi də gücləndirir!
-
Nida Xəbər 16:05İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir
-
Nida Xəbər 15:21Prezidentin sosial media hesablarında Ərdoğanın səfəri ilə bağlı videoçarx paylaşıldı
-
Nida Xəbər 15:10Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi












.jpg)
























.jpg)

