ABŞ-da kilsə ətrafında atışma - ÖLƏN VAR
Bizi izləyin

ABŞ

ABŞ-da kilsə ətrafında atışma - ÖLƏN VAR

Nyu-Yorkda naməlum şəxs kilsə yığıncağında xorun çıxışının sonunda atəş açıb.

Publika.az xəbər verir ki, bu barədə şəhər polisi idarəsinin mətbuat xidməti bildirib.

"Şəxs atəş açdı, polis reaksiya verdi. Həmin şəxs güllələnib, o ölüb”, - polisin mətbuat xidmətində qeyd ediblər.

Ərazidə çoxlu odlu silah aşkarlanıb. “Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir", - polisin mətbuat xidmətində bildiriblər.

Hadisə nəticəsində zərərçəkənlərin olub-olmaması barədə məlumat yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm