ABŞ-da silahlı hücum: ölənlər var - VİDEO
Bizi izləyin

ABŞ

ABŞ-da silahlı hücum: ölənlər var - VİDEO

ABŞ-ın Viskonsin ştatının Qrin-Bey bölgəsindəki kazinolardan birinə edilən silahlı hücumda 2 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Braun Polis idarəsinin rəisi Kevin Pavlak açıqlama verib.

Bildirib ki, hücumu həyata keçirən şəxs polis tərəfindən zərərsizləşdirilib.

ABŞ mediasında yer alan xəbərlərə görə, sözügedən hücumda azı 7 nəfər yaralanıb. Sosial mediadakı paylaşımlara görə, şahidlər hadisə yerinə 50-dən çox polis maşınının göndərildiyini qeyd ediblər.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm