ABŞ
Bayden ELAN ETDİ: 5 min ABŞ əsgəri...
ABŞ Prezidenti Co Bayden Kabil səfirliyində çalışanların sağlamlığını qorumaq və onların Əfqanıstandan təhlükəsiz bir şəkildə çıxarılmasını təmin etmək üçün göndəriləcək əsgər sayını 5 minə çatdırdığını açıqlayıb.
Publika.az xəbər verir ki, Bayden "Taliban"ın mümkün hücumlarına anında və güclü bir şəkildə cavab verə biləcəklərini bildirib.
Ölkədə hələ də xidmət edən ABŞ əsgərləri üçün mümkün bir təhlükə olarsa, bütün əlaqədar qurumları bu baxımdan bir daha xəbərdar etdiyini ifadə edən Bayden, ehtimal olunan terror hücumlarına qarşı ayıq olacaqlarını vurğulayıb.
Bayden ABŞ Dövlət katibi Entoni Blinkenə Əfqanıstan Prezidenti Əşrəf Qani və başqa əfqanıstanlılarla görüşlər təşkil etməklə bağlı tapşırıq verdiyini və ölkədə şiddətə son qoyulmasını, siyasi həll yolunun tapılması üçün çalışmağın lazım olduğunu qeyd edib.
"Biz Dohadakı "Taliban" nümayəndələrinə ABŞ ordusunu və Əfqanıstandakı missiyamızı təhlükə altına alan hər hansı bir hərəkətə keçdikləri təqdirdə, cəld və güclü bir hərbi cavab veriləcəyini bildirdik", - Ağ ev rəhbəri əlavə edib.
Akqabay
-
İdman07:30Messi bu klubu alır
-
Magazin206:16İtmiş telefon məşhur rəqqasənin ölümünə səbəb oldu
-
Səhiyyə05:15Xərçəng xəstələrinin sayı 67% artacaq
-
Magazin204:14İrina Şeyk bağçada alt paltarında romantik pozalar verdi - FOTO
-
Hadisə03:43Azərbaycanda dəhşət: yanaraq ölənlərin adları məlum oldu - FOTO/YENİLƏNDİ
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR












.jpg)






.jpg)











.png)



