Meymunçiçəyi virusuna qarşı peyvəndləmə başladı
Bizi izləyin

ABŞ

Meymunçiçəyi virusuna qarşı peyvəndləmə başladı

ABŞ səhiyyə rəsmiləri dünyanın bir çox ölkəsində aşkar edilən və yayılmaqda davam edən meymunçiçəyi virusuna qarşı daha geniş kütlələri peyvənd etməyə çağırıb.

Publika.az bunu xarici mətbuata istinadən xəbər verir.

Meymunçiçəyi virusu ilə mübarizəni koordinasiya edən Ağ Evin “Covid-19 koordinatoru” Dr.Ashish Jha verdiyi açıqlamada "sərt tədbirlər" görəcəklərini deyib.

O, daha çox insanın virusa qarşı peyvənd olunmasını, həmçinin test hazırlanması üçün işlərin aparılmasının vacibliyini qeyd edib. Bunun üçün peyvənd edilməsi tövsiyə olunan insanlar qrupu genişləndirilib. Virusa yoluxa biləcəyindən şübhələnən insanların da bu qrupa daxil olduğunu açıqlayıb.

A.Jha bildirib ki, şənliklərə və digər tədbirlərə qatılan, xüsusən də son zamanlar meymunçiçəyi olan ərazilərdəki əhaliyə peyvənd olunmağı tövsiyə edib.

Bu çərçivədə virusla mübarizə üçün istifadəyə icazə verilən və iki doza olaraq tətbiq edilən 56 min doza “Jyneos” peyvəndinin yayılmanın yüksək olduğu bölgələrə paylanması qərara alınıb.

Yaxın bir neçə həftə ərzində əlavə 240 min doza peyvəndin paylanacağı bildirilir.

Aysel Məmmədova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm