ABŞ
Corc Floydu öldürən polis daha 20 il həbs cəzası aldı - Üst-üstə 42,5 il
2020-ci ilin mayında afroamerikalı Corc Floydu qətlə yetirdiyinə görə bir il əvvəl 22,5 il həbs cəzasına məhkum edilmiş keçmiş polis əməkdaşı Derek Şovin Floydun mülki hüquqlarını pozmaq ittihamı ilə daha 20 il həbs cəzası alıb.
Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti xəbər yayıb.
Şovin və həmkarları 46 yaşlı işsiz Floydu Minneapolisdə afroamerikalının siqaret aldığı mağazanın yaxınlığında saxlayıblar. Mağaza işçisi polisə bildirib ki, Floyd saxta puldan istifadə edib. Həbs zamanı o, müqavimət göstərməyib, lakin aldığı siqaretləri qaytarmaqdan imtina edib, özünü pis hiss etdiyindən şikayət edib və onu polis furqonuna mindirməməyi xahiş edib.
Floydun əlləri qandallananda Şovin dizini onun boynuna və kürəyinə qoyub, onu asfalta sıxıb və azı doqquz dəqiqə buraxmayıb. Floyd onu buraxmasını istəyib və deyib: “Nəfəs ala bilmirəm”. Afroamerikalı huşunu itirib, hadisə yerinə həkimlər çağırılıb, lakin onu xilas edə bilməyiblər. Floyd ürək-ağciyər çatışmazlığından dünyasını dəyişib.
“The Washington Post” yazır ki, Şovinin saxlanılan şəxslə bu cür rəftar etməsi və onun yardım xahişlərinə məhəl qoymaması məhkəmə tərəfindən Floydun mülki hüquqlarının pozulması kimi qiymətləndirilib. Şovin Floydun xahişini eşitdiyini, lakin yenə də onu buraxmadığını, sonra isə ona köməklik göstərilməsinə mane olduğunu etiraf edib. Nəticədə keçmiş polis əməkdaşı bu hadisəyə görə 20 il həbs cəzası alıb.
Keçmiş polis hərəkətlərinin səhv olması ilə razılaşıb. Eyni zamanda məhkəmə prosesində Şovin tövbə etməyib və mərhumun ailəsindən üzr istəməyib.
46 yaşlı Şovin Floydun öldürülməsinə görə ştat səviyyəsində, hüquqlarının pozulmasına görə isə federal səviyyədə cəza alıb. Prokurorluq onun cəzasını eyni vaxtda çəkməsinə icazə verib.
Floydun vətəndaş hüquqlarının pozulması ilə bağlı işə Şovinlə yanaşı afroamerikalının ölümü zamanı hadisə yerində olan daha üç polis əməkdaşı da cəlb olunub: Aleksandr Kuenq, Tomas Leyn və Tu Tao. “Andlılar heyəti artıq onları təqsirli bilib, onlar hökm gözləyirlər”, – deyə qəzet yazır.
Səxavət Həmid
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO