ABŞ
ABŞ-da "TikTok" HƏYƏCANI: milli təhlükəsizliyə TƏHDİD
"TikTok"dan fəal şəkildə istifadə edən ABŞ ordusunun ölkənin milli təhlükəsizliyinə təhdidə səbəb olduğu bildirilib.
Publika.az xəbər verir ki, bu barədə FCC üzvü Brendan Karrin məlumat verib.
Onun sözlərinə görə, proqram Çin hakimiyyətinə Amerika qoşunlarının hərəkəti ilə bağlı məlumat ötürə bilər.
ABŞ Konqresinin aşağı palatasının komitələrindən birində keçirilən dinləmədə milli təhlükəsizliyə təhdid mövzusu qaldırılıb. Bu dəfə konqresmenlər problemi "TikTok" video tətbiqində aşkar ediblər.
Vurğulanıb ki, ABŞ Silahlı Qüvvələrinin bəzi növlərində xidmət sosial şəbəkədən iş telefonlarında istifadənin qadağan olunmasını nəzərdə tutur. Bununla belə, "TikTok"un şəxsi smartfonlara quraşdırılmasına hələ heç kim qadağa qoymayıb.
"Tətbiq hərbçilərin şəxsi cihazlarında mövcuddur. Düşünürəm ki, bu, bizim həll etməli olduğumuz problemdir ", - "Bloomberg" Karrindən sitat gətirib.
Konqresmen vurğulayıb ki, proqramdan istifadə hərbi qulluqçuların şəxsi məlumatlarının, o cümlədən onların yerləşdiyi yerin sızmasına və məlumatların Çin hakimiyyətinin əlinə keçməsinə səbəb ola bilər.
Hüseyn İbadlı
-
Elm və təhsil10:12VACİB AÇIQLAMA: Bu halda məktəblərdə...
-
MDB09:18“Ən varlı deputat” həbs edildi: Bu qədər pul mənimsəyib
-
Magazin108:10Tacirin oğlunu evləndirməzdən əvvəl etdiyi hərəkət gündəm oldu - Qadağan imiş…
-
İdman07:15Bu klubun prezidentindən şok açıqlama: Messiyə 1,4 milyard təklif etdim
-
Dünya06:46Dünyaya asteroidin çırpılacağı barədə xəbərlər yayıldı - Alimlər nə deyir?
-
Nida Təhlil 01:50Tramp ritorikanı dəyişdi - İrana hücum başlanır
-
Qoroskop01:40Günün ulduz falı: Uğurlu qərarlar dövrü başlayır
-
ABŞ00:45İrandakı 50 hərbi hədəf - Trampa siyahı təqdim edildi

















.jpg)


















