ABŞ
UNO mövzusu ilə əlaqələndirilən general yoxa çıxdı
ABŞ-da bəzi müstəqil uçan naməlum obyekt (UNO) tədqiqatçılarının yadplanetli varlıqlar haqqında məlumatları gizlətməkdə şübhəli bildiyi Hərbi Hava Qüvvələrinin istefada olan generalı Vilyam Nil Makkaslandın ümummilli axtarışı aparılır.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
68 yaşlı Makkasland sonuncu dəfə fevralın 27-də Nyu-Meksiko ştatının Albukerke şəhərində görülüb. O vaxtdan bəri onun harada olduğu məlum deyil və dairə şerifi onu axtarışa verib. Makkaslandın sağlamlıq problemlərinin ola biləcəyi bildirilir ki, bu da onun təhlükəsizliyi üçün əlavə risklər yaradır.
Uzun illər Nyu-Meksikodakı Kirtland aviabazasında xidmət edən Makkasland, daha əvvəl Ohayo ştatındakı Rayt-Patterson bazasında tədqiqat laboratoriyasına rəhbərlik edib. Xidmət müddətində o, eksperimental hərbi texnologiyalar sahəsində işlərlə məşğul olub. UNO-ların yadplanetli mənşəli olması nəzəriyyəsinin tərəfdarları hesab edirlər ki, məhz Rayt-Patterson bazasında 1947-ci ildə Rozuell hadisəsi zamanı qəzaya uğradığı iddia edilən yadplanetli aparatının tədqiqatları aparılıb. Qeyri-rəsmi məlumatlara görə, Makkasland bu layihənin rəhbəri olub.
General 2013-cü ildə təqaüdə çıxıb və 2016-cı ildə "WikiLeaks" sənədlərinin dərci ilə UNO mövzusu ilə əlaqələndirilməyə başlanıb. Həmin materiallarda "Blink-182" qrupunun yaradıcılarından biri olan və UNO tədqiqatları ilə məşğul olan Tom Delonq ilə Hillari Klintonun seçki qərargahının sədri Con Podesta arasındakı yazışmalar yer alırdı. Delonq öz məktublarında dəfələrlə Makkaslandın adını çəkir və iddia edirdi ki, o və digər insayderlər UNO-lar haqqında məxfi məlumatların üzə çıxarılmasında ona kömək ediblər.
Hüseyn İbadlı
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov
-
ABŞ05:15Trampın paylaşdığı video olay oldu
-
Qoroskop03:43Bürclər bu günə nə deyir? - Qoroskop
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri



































