Pentaqondan Afina və Ankaraya ÇAĞIRIŞ
Bizi izləyin

ABŞ

Pentaqondan Afina və Ankaraya ÇAĞIRIŞ

ABŞ Müdafiə Nazirliyinin, yəni Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder Türkiyə və Yunanıstanı dialoqa çağırıb.

Publika.az xəbər verir ki, Patrik Rayder gündəlik mətbuat konfransında gündəmdə olan məsələlərlə bağlı qiymətləndirmə apararkən deyib ki, Türkiyə Egey dənizində qeyri-hərbi statusu olan iki adaya ABŞ mənşəli zirehli maşınlar çıxardığına görə, Yunanıstana və Birləşmiş Ştatlara etiraz notası təqdim edib.

Bölgədə hər hansı manevr və ya təliminiz varmı? Türkiyənin etirazına münasibəti necədir?" sualına briqada generalı P.Rayder "Orada ABŞ tərəfindən heç bir təlimdən xəbərdar deyiləm" cavabını verib:

“Türkiyə və Yunanıstan iki mühüm NATO tərəfdaşıdır və biz onları potensial gərginliyi azaltmaq üçün konstruktiv dialoqa dəvət edirik".

Ankarada ABŞ-a qarşı tənqidlər səslənir ki, bu regionda gərginliyi artırır və gərginliyə töhfə verir. Siz bu tənqidlərlə razısınızmı və ya cavabınız necədir?" sualına isə generalın cavabı birmənalı olub:

"İkitərəfli münasibətlərimiz baxımından Türkiyə inanılmaz dərəcədə mühüm NATO tərəfdaşıdır. Türkiyə daxil olmaqla NATO-dakı bütün tərəfdaşlarımızla yaxından işləməyə davam edəcəyik".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm