ABŞ
ABŞ Pekinin Tayvana hücum edə biləcəyini ETİRAF ETDİ

ABŞ hakimiyyəti Pekinin Tayvana qarşı döyüşmək potensialını etiraf edir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman Hind-Sakit okean regionu üzrə seminarda bildirib.
Şerman qeyd edib ki, ABŞ administrasiyası hadisələrin belə inkişafının qarşısını almaq üçün səy göstərir. O, hərbi əməliyyatların mümkünlüyü ilə bağlı fikrini onunla izah edib ki, partiyanın son qurultayından sonra Çin prezidenti Si Cinpinin ölkə üzərində mütləq nəzarəti var.
"O, Tayvanı materik Çinlə birləşdirəcəyini söylədi. Bunu sülh yolu ilə edəcəyinə ümid edir, lakin çox açıq şəkildə dedi ki, əgər ona güc tətbiq etmək lazımdırsa, bundan istifadə edəcək", - deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, ABŞ-ın səyləri Çini bu istiqamətdə hərəkət etməməyə inandırmaq, həmçinin Tayvanı dəstəkləməkdir ki, özünü müdafiə etmək üçün vasitələrə sahib olsun.
Hüseyn İbadlı

-
Region01:11
İranda on minlərlə məhbus əfv edildi
-
Magazin100:45
Azərbaycanın məşhur cütlüyü evlənir
-
Qoroskop00:15
Günün ULDUZ FALI: məkrli planın qurbanı ola bilərsiniz
-
Art5 Fevral 23:31
Zeynəb Dostəliyeva VƏFAT ETDİ
-
Art5 Fevral 22:20
Xalq rəssamı Fərhad Xəlilovun oğlu VƏFAT ETDİ
-
Kriminal5 Fevral 22:13
Şəmkirdə toy QANA BOYANDI
-
Magazin25 Fevral 21:13
Ombasına silikon qoydurdu - FOTO
-
Kriminal5 Fevral 20:31
Gədəbəydə DƏHŞƏT: ata iki oğlunu bıçaqladı