Yeni yaradılan proqram pandemiyaları öncədən xəbər verəcək
Bizi izləyin

ABŞ

Yeni yaradılan proqram pandemiyaları öncədən xəbər verəcək

ABŞ-ın Skripps İnstitutunun və Şimal-Qərb Universitetinin alimləri müəyyən ediblər ki, süni intellekt bəşəriyyəti yeni pandemiyanın başlaması barədə xəbərdar edə, həmçinin virusun təhlükəli variantlarının yaranması barədə proqnoz verə bilər.

Publika.az xəbər verir ki, tədqiqat "Cell Patterns" jurnalında dərc olunub.

Alimlərin hazırladığı proqram Anomaliyaların Müəyyən Edilməsi üzrə Erkən Xəbərdarlıq Sistemi (EWAD) adlandırılıb. SARS-CoV-2-nin yayılması və virus genomu ilə bağlı real məlumatlara əsasən sınaqdan keçirildikdə, model virus mutasiyaya uğradıqda hansı yeni narahatlıq variantlarının ortaya çıxacağını proqnozlaşdırıb.

Mikrobioloqlar izah ediblər ki, model sayəsində onlar Ümumdünya Səhiyyə Təşkilatı elan etməzdən həftələr əvvəl bir neçə təhlükəli variantın meydana çıxacağını proqnozlaşdıra biliblər.

Elm adamları həmçinin vaksinlərin və maskaların taxılmasının virusun gələcək inkişafına necə təsir göstərə biləcəyini proqnozlaşdırmaqla EWAD-ın effektivliyini sübut ediblər.

Tədqiqatçılar qeyd ediblər ki, onların süni intellekt alqoritmləri virusların təkamülündə əks halda gözə dəyməyən nümunələri müəyyən edə bilib və bu, gələcək pandemiyalarla mübarizə üçün həyati əhəmiyyət kəsb edə bilər.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm