"New York Times"ın redaktoru istefa verdi: Artıq iyrənc evfemizmlər yoxdur
Bizi izləyin

ABŞ

"New York Times"ın redaktoru istefa verdi: Artıq iyrənc evfemizmlər yoxdur

"New York Times"ın redaktoru istefa verdi: Artıq iyrənc evfemizmlər yoxdur

“New York Times”ın bazar günü əlavəsinin şeir redaktoru Enn Boyer qəzetin İsrailin Qəzzaya hücumları ilə bağlı xəbərinə “Daha müharibə qızışdıran yalanlara yox” sözləri ilə reaksiya verərərək istefaya gedib.

Publika.az xəbər verir ki, Boyer şəxsi səhifəsində dərc etdiyi istefa məktubunda "İsrailin Qəzza xalqına qarşı ABŞ dəstəkli müharibəsi heç kimin xeyrinə deyil" ifadələrini işlədib. Bu müharibədə İsrail, ABŞ, Avropa və xüsusilə yəhudi xalqı üçün heç bir təhlükəsizlik olmadığını qeyd edən Boyer, "müharibə yalnız neft və silah istehsalçılarının ölümcül qazancına xidmət edir" fikrini bölüşüb.

Boyer istefa məktubunda "Dünya, gələcəyimiz, ürəyimiz bu müharibə üzündən getdikcə daha da kiçilməkdədir. Bu, sadəcə raket və torpaq işğalı savaşı deyil. Bu, onilliklər boyu işğala, məcburi köçkünliyə, məhrumiyyətlərə, nəzarətlərə, mühasirələrə, həbslərə və işgəncələrə müqavimət göstərən Fələstin xalqına qarşı müharibədir",- deyə bildirib. Sənətçilər üçün bəzən ən uyğun etiraz yolunun “rədd etmək” olduğunu vurğulayan Boyer məktubunu belə yekunlaşdırıb:

"Bizi bu irrasional iztirab mühitinə alışdırmaq məqsədi daşıyan “ağıllı” tonlarda şeir yaza bilmərəm. Artıq iyrənc evfemizmlər yoxdur. Artıq sözlərlə artırılan cəhənnəm mənzərələri yoxdur. Artıq müharibə qızışdıran yalanlar yoxdur. Əgər bu istefa xəbər aləmində şeir boyda boşluq yaradırsa, bu, anın əsl forması budur”.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm