Hadisə
Təhsil naziri mübahisəli epizoda paylaşımı ilə eyham vurdu - Foto
Elm və təhsil naziri, "Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü Emin Əmrullayev sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, nazirin bu paylaşımı ilə dünən keçirilən "Zirə" - "Neftçi" matçındakı (1:1) mübahisəli epizoda eyham vurduğu ehtimal olunur.
E.Əmrullayev "Neftçi"yə dəstəyini ifadə etmək üçün klubun emblemini paylaşıb.
Xatırladaq ki, sözügedən oyundan sonra "Neftçi" klubu hakimin qərarına etiraz edib. Klub 90+4-cü dəqiqədə buraxılan qolun videosunu paylaşaraq baş hakim İnqilab Məmmədovu və VAR hakimlərini tənqid edib. Paylaşımda "Bütün Azərbaycanın gördüyü ofsayd hakimlər və VAR-ın gözündən yayındı. Yoxsa elə ssenari bu imiş?" ifadələri yer alıb. Sözügedən epizoda etiraz etdiklərinə görə baş məşqçi Yuri Vernidub və bəzi futbolçular qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıblar.
-
Magazin206:16Qızı ilə birlikdə dekolteli çimərlik geyimində poza verdi - FOTO
-
Dəb05:45Payız mövsümü üçün ən yaxşı cins modelləri - Bu rənglər trend olacaq
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR



































