Nida Xəbər
Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi
“Üçbaşlı müharibə partiyası”nın proqramı Ermənistan və Azərbaycan arasında yeni müharibəyə hesablanıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan radikal müxalifətin seçki ilə bağlı icra proqramını şərh edərkən deyib.
Vitse-spikerin fikrincə, bu radikal qüvvələrin proqramları Daşnaksütyun terror təşkilatının təhlükəli ideologiyasını əks etdirir.
“Bunları kimin yazdığını bilmirəm, amma axmaq fikirlər yaza bilməməsi üçün həmin yazarın əlini siyasi olaraq kəsəcəyik”, - o bildirib.
Rubinyanın sözlərinə görə, radikal müxalifət Ermənistanda hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla paraflanmış sülh sazişini yenidən nəzərdən keçirməyi hədəfləyir:
“Əgər kabus ssenarisi təsəvvür etmək istəyirsinizsə, onda paraflanmış sülh sazişini qəbul etmədiyiniz və ya yenidən nəzərdən keçirdiyiniz bir durum düşünün, başqa sözlə, onu ləğvi müharibə deməkdir”.
Parlament sədrinin müavini əlavə edib ki, xalq “üçbaşlı müharibə partiyası” ilə sülhpərvər qüvvələr (Nikol Paşinyan hökuməti) arasında seçim etməlidir.
Xatırladaq ki, Ruben Rubinyan “üçbaşlı müharibə partiyası” dedikdə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın rəhbəri olduğu “Ermənistan” bloku, rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” və Qagik Çarukyanın “Çiçəklənən Ermənistan” partiyalarını nəzərdə tutur.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək





















.jpg)



.webp)










