İlanları şalvarında gizlədərək sərhədi keçmək istədi, 5 min dollar CƏRİMƏLƏNDİ
Bizi izləyin

ABŞ

İlanları şalvarında gizlədərək sərhədi keçmək istədi, 5 min dollar CƏRİMƏLƏNDİ

Şalvarında üç birma pitonunu ABŞ-Kanada sərhədindən qaçaqmalçılıq yolu ilə keçirməkdə təqsirli bilinən Nyu-York sakini saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Bildirilib ki, həmin şəxs bir il sınaq müddəti və 5 min dollar cərimə edilib.

Məhkəmə sənədlərinə görə, Queens sakini Kanadadakı sürünənlər mağazasından 2500 dollar dəyərində ilan alıb.

Birma pitonlarının idxalı beynəlxalq müqavilə və ABŞ federal qaydaları ilə tənzimlənir ki, bu da onları insanlar üçün zərərli kimi qeyd edir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm