ABŞ-da daha bir yük gəmisi körpüyə çırpıldı - VİDEO
Bizi izləyin

ABŞ

ABŞ-da daha bir yük gəmisi körpüyə çırpıldı - VİDEO

ABŞ-ın Oklahoma ştatında yük gəmisinin körpüyə çırpılması magistralda hərəkəti dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb .

"Böyük yek gəmisi şənbə günü Oklahoma ştatında Arkanzas çayı üzərindəki körpüyə çırpıldı və bu, şənbə günü yaxınlıqdakı böyük magistral yolun müvəqqəti bağlanmasına səbəb oldu", - Yol Patrul Xidməti bildirib.

YPX-nin sözçüsü Sarah Stevartın sözlərinə görə, əsgərlər hadisə barədə xəbəri alandan sonra yerli vaxtla təxminən 13:25-də cənuba gedən 59-cu şosseni bağlayıb və nəqliyyatı ərazidən kənara yönəldiblər.

Hadisənin səbəbləri hələlik məlum deyil. Magistral yolda və ya yük gəmisində xəsarət alanlar barədə məlumat verilməyib.

Xatırladaq ki, martın 26-da Baltimor şəhərindəki Frensis Skott Key şossesi körpüsü konteyner gəmisi çırpıldıqdan sonra uçub. Gəminin gövdəsi zədələnsə də, salamat qalıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm