ABŞ-da atışma: 2 nəfər öldü
Bizi izləyin

ABŞ

ABŞ-da atışma: 2 nəfər öldü

ABŞ-ın Tennessi ştatının Memfis şəhərində atışma baş verib.

Publika.az xəbər verir ki, şəhər yaxınlığında şübhəli avtomobilin olması ilə bağlı zəngdən sonra hadisə yerinə gedən polis əməkdaşları və avtomobilin içərisində olan iki nəfər arasında atışma başlayıb.

Hadisə nəticəsində 18 yaşlı şübhəli şəxs ölüb, 17 yaşlı digər gənc yaralanıb. Həmçinin atışmada polis zabiti Cozef Makkinni həyatını itirib.

Hadisə zamanı ölən şübhəli şəxsin 1 ay əvvəl qanunsuz silah daşımaya görə həbs edildiyi, lakin tezliklə sərbəst buraxıldığı məlum olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm