ABŞ-da təyyarə qəzaya uğradı: ölənlər var
Bizi izləyin

ABŞ

ABŞ-da təyyarə qəzaya uğradı: ölənlər var

ABŞ-ın Kaliforniya ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə “Alpine County” Şerif Departamenti məlumat yayıb.

"Luscombe 8" tipli tək mühərrikli təyyarənin Kaliforniyanın şimalındakı “South Lake Tahoe” bölgəsi yaxınlığındakı dağlıq ərazidə qəzaya uğradığı bildirilib.

Açıqlamada Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının hadisə ilə bağlı araşdırma başlatdığı qeyd edilib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm