Mayyalılara aid 2000 illik qabı 3,99 dollara aldı, sonra...
Bizi izləyin

ABŞ

Mayyalılara aid 2000 illik qabı 3,99 dollara aldı, sonra...

Amerikalı Anna Li Dozierin işlənmiş əşyalar almaq bacarığı öz bəhrəsini verib.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "The Independent" dövri nəşri yazıb.

2019-cu ildə o, Merilend ştatında işlənmiş əşyalar mağazasına baş çəkib və 3,99 dollara "çiçək qabı" aldı.

"Mən bu vazanı gördüm və bunun turistlər üçün bir növ reproduksiya olduğunu düşündüm.

Həqiqətən köhnə görünürdü, amma mən bunun 20-30 il əvvəlki reproduksiya olduğunu düşündüm", - Dozier deyib.

Açıq rəfdə vazanı görüb satın aldıqdan 5 il sonra Dozier yanvar ayında Meksikanın Antropologiya Muzeyinə ekskursiyaya gedənə qədər bu barədə düşünmədən evdə saxlayıb.

Dozier deyir ki, orada tapdığı tapıntını xatırladan vazalar görüb və o, əməkdaşlarından yanında olanın artefakt olduğu ortaya çıxarsa, nə edəcəyini soruşub. Muzey işçiləri ona ABŞ səfirliyi ilə əlaqə saxlamağı tövsiyə ediblər.

Dozier səfirliklə əlaqə saxlayıb, səlahiyyətlilər ondan vazanın ətraflı fotoşəkillərini göndərməsini istəyib. Bir ay sonra Dozier bunun Mayya qəbiləsinə aid 200-800-cü ilə aid mərasim qabı olduğunu öyrənib.

Qiymətsiz qədim artefaktı xilas etdiyini başa düşən Dozier Meksika Mədəniyyət İnstitutu ilə əlaqə saxlayıb və orada daha sonra qabın qaytarılması mərasimi keçirilib. Amma qadına ödənilən mükafatın məbləği açıqlanmayıb.

İndi həmin qabın tədqiqat üçün Meksikanın Antropologiya Muzeyinə göndəriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm