Bu qərardan sonra Bayden səs qazanır, Tramp itirir - SORĞU
Bizi izləyin

ABŞ

Bu qərardan sonra Bayden səs qazanır, Tramp itirir - SORĞU

Seçkilərdə səs vermə ehtimalı olan amerikalıların əksəriyyəti ABŞ prezidenti Co Baydenin ABŞ-ın cənub sərhədini qanunsuz keçən mühacirlərə sığınacaq verilməsini müvəqqəti qadağan etmək qərarını bəyənir.

Publika.az xəbər verir ki, bunu “Fox News” telekanalının keçirdiyi sorğunun nəticələri göstərib.

Araşdırmaya görə, respondentlərin 57%-i administrasiyanın bu addımını bəyənir, yalnız 38%-i bu qərara qarşı çıxıb. Bəzi respondentlər arasında Baydenin adını çəkmədən sorğu keçiriblər. Onların 66%-i qərarı dəstəkləyib.

Kanalın qeyd etdiyi kimi, Baydenin immiqrasiya siyasəti üzrə reytinqi mart ayından bəri beş faiz bənd yaxşılaşıb və hazırda “bir ilin ən yüksək səviyyəsindədir”. ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu sahədə üstünlüyünü qoruyub saxlasa da, seçici dəstəyini itirir.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm