ABŞ-da yaşayan miqrantlara şad xəbər: vətəndaşlıq almaq və viza...
Bizi izləyin

ABŞ

ABŞ-da yaşayan miqrantlara şad xəbər: vətəndaşlıq almaq və viza...

ABŞ prezidenti Co Bayden ölkədə qeyri-qanuni yaşayan yüz minlərlə miqrantı leqallaşdırmaq niyyətindədir.

Publika.az xəbər verir ki, CBS Amerika liderinin planları barədə mənbələrə istinadən məlumat yayıb.

Nəşr iddia edir ki, "Bayden administrasiyası ölkədə müvafiq sənədlər olmadan yaşayan yüz minlərlə immiqrantın hüquqi statusunu təmin edəcək qərarlar hazırlayaraq, yaxın tarixdə ən böyük immiqrant yardım proqramlarından birini elan etməyi planlaşdırır".

Kanalla söhbətdə mənbələr bildiriblər ki, ABŞ-da ən azı 10 il yaşayan, ölkəyə uşaq ikən gələn və Amerika vətəndaşları ilə evli olan miqrantlar leqallaşdırılmalıdır.

Proqramın şərtlərinə əsasən, sənədsiz immiqrantlara iş icazəsi veriləcək və deportasiyadan qorunacaq, sonra isə miqrantlar ölkəni tərk etmədən daimi yaşayış icazəsi və ABŞ vətəndaşlığı ala biləcəklər. Bundan əlavə, yüksək ixtisaslı işçilər üçün viza almaq proseduru sadələşdiriləcək.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm