Bu il ABŞ-da polisin neçə nəfəri qətlə yetirdiyi açıqlandı
Bizi izləyin

ABŞ

Bu il ABŞ-da polisin neçə nəfəri qətlə yetirdiyi açıqlandı

2024-сü ilin ilk günündən bu günədək ABŞ-da polis 545 nəfəri qətlə yetirib.

Publika.az xəbər verir ki, bu ilin 5 ayı ərzində cəmi 9 gün polisin törətdiyi qətl hadisəsi qeydə alınmayıb.

2023-cü ildə polisin öldürdüyü şəxslərin sayı 1247 nəfər olub. Onlardan 27 faizi qaradərili insanlardır.

Ümumilikdə son 10 ildə polisin törətdiyi ən çox qətl hadisəsi 2023-cü ildə qeydə alınıb. 2024-cü ilin ilk 5 ayı ərzindəki göstəricilər artım tendensiyasını göstərir.

2013-2023-cü illərdə qətl hadisəsi törədən polislərdən 98,1 faizi cinayət məsuliyyətinə cəlb olunmayıb. 2023-cü ildə ən çox polis qətli Nyu-Meksiko ştatında baş verib.

Ümumilikdə 2013-cü ildən indiyədək polis 12 910 nəfəri qətlə yetirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm