ABŞ Baydenlə "vidalaşır" – Onu bu şəxs əvəz edəcək
Bizi izləyin

ABŞ

ABŞ Baydenlə "vidalaşır" – Onu bu şəxs əvəz edəcək

Co Baydenin son debatdakı fiaskosu Donald Trampı və qarşıdan gələn seçkilərdə hazırkı dövlət başçısını əvəz edə biləcək vitse-prezident Kamala Harrisi sevindirib.

Publika.az xəbər verir ki, bu barədə “The Hill” qəzetinin “Bye-bye, Bayden” başlıqlı məqaləsində deyilir.

Yazıda qeyd olunur ki, debatdan sonra Demokrat Partiyasının seçkilərdə namizədini, yəni Co Baydeni Kamala Harrislə əvəz etməməsi siyasi baxımdan səhlənkarlıq olardı.

“Əvvəldən tərəddüdlə səhnəyə çıxan Bayden dəhşətli idi. Tramp danışarkən Baydenin çənəsi aşağı düşdü və mat qaldı. Onun səsi boğuq və titrək idi. Əgər Bayden kampaniyasının bu debatda məqsədi onu digər namizədlə əvəz etmək üçün sınaq idisə, deməli, missiya yerinə yetirilib”, - deyə mətndə bildirilib.

Müəlliflər əlavə ediblər ki, sözügedən debat Co Baydenin siyasi həyatına son qoydu.

Vazeh BƏHRAMOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm