Müqəddəs kitabların dərsliklərə daxil edilməsi tapşırıldı
Bizi izləyin

ABŞ

Müqəddəs kitabların dərsliklərə daxil edilməsi tapşırıldı

ABŞ-ın Oklahoma ştatındakı bütün dövlət məktəblərinin tədris proqramına İncil və On Əmrin daxil edilməsi əmri verilib.

Publika.az xəbər verir ki, ştatın Təhsil Şurasının sədri Rayan Uolters artıq dövlət məktəblərinə bu barədə təlimatlar göndərib.

Uolters əyalətdəki hər sinifdə İncil olması lazım olduğunu və bütün müəllimlərin sinifdə İncildən dərs keçməli olduğunu bildirib. O iddia edib ki, İncil ölkənin keçmişini və Qərb sivilizasiyasını tam başa düşmək üçün zəruri tarixi sənəddir.

Lakin Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU) başda olmaqla bəzi təşkilatlar bu qanunun uşaqların bərabər təhsil almasına mane olduğunu iddia edib. Bu qanunun fərqli inanclı şagirdlərə təsir edə biləcəyi səbəbindən məhkəməyə veriləcəyi də bəyan edlib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm