ABŞ-da terror ajiotajı: 8 tacik həbs edildi
Bizi izləyin

ABŞ

ABŞ-da terror ajiotajı: 8 tacik həbs edildi

ABŞ-da Federal Təhqiqat Bürosu ( FTB ) səssiz əməliyyat keçirib və ölkəyə daxil olan 8 Tacikistan vətəndaşı həbs edilib.

Publika.az xəbər verir ki, “New York Times” qəzetinin məlumatına görə, həmin taciklər aylar əvvəl ABŞ-ın cənub-qərb sərhədində sığınacaq istəyiblər. Lakin onlar ABŞ-a qəbul edildikdən sonra FTB bu şəxslərin İŞİD-lə əlaqəsi ola biləcəyindən şübhələnib və antiterror təhqiqatına başlayıb.

Həbs edilən şəxslərin terror aktı törətməyi planlaşdırdığı, yaxud İŞİD-in nəzarətində olub-olmadığı hələlik bəlli deyil. ABŞ-ın tacikləri həbs etmə səbəblərindən biri də İŞİD-in Xorasan qolunun son terror aktlarında Tacikistan vətəndaşlarından istifadə etməsidir. Rusiya, İran və Türkiyədə baş verən terror hadisələri də buna misaldır.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm