ABŞ
Baydenin "QƏLƏMİ QIRILDI" - Namizəd əvəzlənməlidir

ABŞ Prezidenti Co Bayden ən yaxın qohumları və dostları buna uyğun qərar verərsə, prezidentlik yarışından geri çəkiləcək.
Publika.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
"Bloomberg"in yaydığı məlumata görə, Demokrat Partiyasının donorları ABŞ prezidenti Co Baydenin debatdakı çıxışından sonra namizədin dəyişdirilməsinin lazım olduğu qənaətinə gəliblər.
Nəşr qeyd edib ki, donorlar debatdan sonra “qəzəbli elektron məktublar” mübadiləsi aparıblar. Onlarda demokratlar üçün yeganə ümidin Baydenin getməsi olduğu qənaətinə gəliblər.
Agentlik vurğulayır ki, ABŞ-ın hazırkı prezidentini ABŞ-ın vitse-prezidenti Kamala Harris, Kaliforniya qubernatoru Qavin Nyusom və Miçiqan qubernatoru Qretçen Uitmar əvəz edə bilər.
"Bloomberg" qeyd edib ki, son debatdan sonra ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evə qayıtmaq üçün favoritdir.
Qeyd edilib ki, Bayden üçün qərar verən yeganə insanlar həyat yoldaşı Cil Bayden, kiçik bacısı Valeri Bayden və Amerika liderinin uzun müddətdir dostu və daimi müşaviri olan 85 yaşlı Ted Kaufman, eləcə də Ağ Ev məsləhətçilərinin kiçik bir qrupudur.
"Bu onilliklər köhnə mətbəx kabineti geniş ailə, ağsaqqallar şurası və hakim oliqarxiya kimi fəaliyyət göstərir. Yalnız bu müttəfiqlər Baydenin həyatında və prezidentliyində böyük və kiçik qərarlara təsir göstərir”, - nəşr qeyd edib.
Vurğulanıb ki, Bayden prezidentlik uğrunda mübarizəni davam etdirsə, bu, yalnız onun və ətrafının ABŞ-ın vitse-prezidenti Kamala Harrisdən daha çox keçmiş prezident Donald Trampı məğlub etmək şansının olduğuna inandığına görə olacaq.
“Baydenin müttəfiqləri artıq bütün ssenariləri işləyib hazırlayıblar və Harrisdən başqasının istefa verəcəyi təqdirdə qalib gəlməsi şansının az olduğunu görürlər”, - deyə portal yekunlaşdırıb.
Hüseyn İbadlı

-
Ekologiya22:28
Azərbaycana payız gəldi
-
Rəsmi xronika22:14
İlham Əliyev Nyu-Yorkda işgüzar səfərdədir
-
MDB21:51
PUA hücumu: Moskva səması qapadıldı? - YENİLƏNDİ
-
Sosial21:15
Bakının məşhur bazarında söküntü başladı - VİDEO
-
Sosial19:50
Qaraxanbəyli kəndi belə görünəcək - FOTOLAR
-
Ekopublika.az19:40
Emin Ağalarov 5 il ərzində “Sea Breeze”də görüləcək işlərdən DANIŞDI
-
Nida Xəbər 19:10
Təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır - DTX rəisi
-
İdman19:00
Həyat yoldaşı Runiyə belə sataşdı - FOTO