Daha bir sirli sütun PEYDA OLDU: qadın sirri açmır
Bizi izləyin

ABŞ

Daha bir sirli sütun PEYDA OLDU: qadın sirri açmır

Koloradoda qəfildən əks etdirən səthə malik sirli monolit peyda olub.

Publika.az xəbər verir ki, bu barədə KDVR telekanalı məlumat yayıb.

Bildirilir ki, bu sirli obyekt Bellevue şəhəri yaxınlığında aşkarlanıb. Monolitin göründüyü torpağın sahibi onun mənşəyi haqqında heç bir fikri olmadığını etiraf edib.

Qadın qeyd edib ki, onun bəzi təxminləri var, lakin sirri saxlamaq üçün bunları paylaşmamağa üstünlük verir.

Bundan əvvəl Nevada ştatında oxşar monolit, güzgü səthi olan hündür gümüş rəngli sütun aşkar edilib. Onun hündürlüyü təxminən üç metrdir.

Mistik monolitlər dünyanın müxtəlif yerlərində, o cümlədən Hollandiya, Kolumbiya, Almaniya, İspaniya, Macarıstan və Polşada da peyda olub.

"The Guardian" xəbər verir ki, bu sirli artefaktlar bir çox sui-qəsd nəzəriyyələrinə səbəb olub, bəziləri metal sütunların yadplanetlilərə aid olduğunu iddia edərkən, digərləri isə onların sadəcə yaxşı planlaşdırılmış saxtakarlıq olduğuna inanır. Bununla belə, bütün planetdə bu monolitləri kimin və hansı məqsədlə quraşdırdığı hələ də qaranlıq olaraq qalır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm