Xoşqədəmdən Doğuşla bağlı PAYLAŞIM: "Qocalırsan"
Bizi izləyin

Magazin1

Xoşqədəmdən Doğuşla bağlı PAYLAŞIM: "Qocalırsan"

Aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşla bağlı paylaşım edib.

Publika.az xəbər verir ki, o, sabah Doğuşun ad günü olduğunu bildirərək, onu təbrik edib.

"Gərəyi yoxdur, hər sözü kəlmə ilə bəyan etməyə. Bir baxış min söz edər, baxışdan anlayana. Nə gözəl söyləyib Mövlana. Eşq alova, məsafə küləyə bənzəyər. Əgər alov kiçikdirsə, külək onu asan söndürər. Əgər böyükdürsə, böyütdükcə, böyüdər.

Bu fani dünyada gördüyüm hər işi eşqlə, sevgi ilə etdim və elə də davam edirəm. Həyatdan, sevgidən, işdən, hətta kədərdən belə zövq aldım. Yaşadığım hər bir hiss Rəbbimin bizə nəsib etdikləridir, çox şükür. Verdiyi sevincə, kədərə də milyon dəfə şükür olsun. Doğuş, qocalırsan. Doğum gününə bir neçə saat qaldı" deyə, Xoşqədəm birgə görüntülərinə yazıb.

Qeyd edək ki, Doğuş və Xoşqədəm 2014-cü ildə ailə həyatı qurub. Onların bu evlilikdən əkiz oğulları var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm