Tehran HÜCUM PLANI QURUR: ərəb diplomatlarına deyilib ki...
Bizi izləyin

ABŞ

Tehran HÜCUM PLANI QURUR: ərəb diplomatlarına deyilib ki...

İran Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə reaksiyasını yumşaltmaqdan imtina edib və İsrailə qarşı cavab tədbirləri planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “ The Wall Street Journal” mənbələrə istinadən yazır.

“İran ABŞ və ərəb ölkələrinin HƏMAS-ın Tehranda əsas siyasi liderinin öldürülməsinə reaksiyasını yumşaltmaq cəhdlərini rədd etdi, eyni zamanda hakimiyyət hücuma səbəb olan təhlükəsizlik pozuntularını araşdırdı”, - nəşr bildirib.

Mənbənin sözlərinə görə, İran hökuməti cavab tədbirləri görəcəyinə söz verib. Bundan başqa, ərəb diplomatlarına məlumat verilib ki, İran onların cavabının münaqişənin kəskinləşməsinə səbəb olub-olmayacağı ilə maraqlanmır.

Yaxın Şərqdə münaqişə HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı qonaq evinə hücumdan sonra kəskinləşib. Ehtimallara görə, ev İsrail raketi ilə vurulub. Haniyə ölkənin yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün İranda olub.

HƏMAS hadisəyə görə İsraili günahlandırır. Yəhudi dövlətinin nümayəndələri də öz növbəsində rəsmi olaraq məsuliyyəti qəbul etməyiblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm