ABŞ F-22-ləri buna görə Yaxın Şərqə göndərib - Şok detallar
Bizi izləyin

ABŞ

ABŞ F-22-ləri buna görə Yaxın Şərqə göndərib - Şok detallar

HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra Yaxın Şərqdə İran və İsrail arasında gərginlik artmaqdadır. Amerika F-22 "Raptor" döyüş təyyarələrini ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına göndərərək bölgəyə yerləşdirib.

Publika.az xəbər verir ki, terror və təhlükəsizlik mütəxəssisi Coşqun Başbuğ bununla bağlı açıqlama verib.

“İndi bu təyyarə ancaq Amerikada var, 150 milyon dollar dəyərində çox bahalı texnologiyadır. Amerika regionda nəzarəti ələ keçirməyə çalışır. Eyni zamanda hərbi mövcudluğunu artırmaq üçün müxtəlif səbəblər yaradır”, - deyə mütəxəssis vurğulayıb.

Qeyd edək ki, ABŞ hökuməti F-22-ləri əvvəlcə İrana cavab, sonra isə gərginliyi azaltmaq üçün bölgəyə yerləşdirdiyini açıqlayıb.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm