"Mən ölkəni xilas edəcək yeganə insanam" - Tramp
Bizi izləyin

ABŞ

"Mən ölkəni xilas edəcək yeganə insanam" - Tramp

ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ona qarşı növbəti sui-qəsd cəhdinə görə prezident Cozef Bayden və vitse-prezident, prezidentliyə namizəd Kamala Harrisi ittiham edib.

Publika.az xəbər verir ki, Tramp hadisə ilə bağlı “Fox News”a danışıb. Onun sözlərinə görə, onu “demokratiyaya təhdid” adlandıran prezident Bayden və vitse-prezident Harrisin ritorikası sui-qəsdə səbəb olub.

“Ritorika mənə atəş açılmasına səbəb olub. Halbuki, mən bu ölkəni xilas edəcək yeganə insanam, onlar isə bu ölkəni həm daxildən, həm də xaricdən dağıdırlar. Buna “daxili düşmən” deyilir. Onlar real təhdiddirlər”, - deyə Tramp bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm