ABŞ
Tramp bu halda Rusiyanı SANKSİYALARLA VURACAQ
ABŞ Prezidenti Donald Tramp Moskvanın Ukrayna ilə bağlı danışıqlardan imtina edəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ssenarisini ehtimal adlandırıb.
Publika.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
"Ehtimal olunur", - deyə o, əlaqəli suala cavab verib.
Qeyd olunub ki, Tramp administrasiyası Ukrayna münaqişəsi həll olunana qədər Rusiya əleyhinə sanksiyaları qüvvədə saxlaya bilər. Bu barədə danışan Tramp bir gün əvvəl Rusiya Federasiyasına qarşı çəkindirici tədbir kimi tariflərin tətbiqinin effektivliyini açıqlamışdı.
Yanvarın 10-da ABŞ Rusiyanın neft-qaz sektoruna qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib. Yeni paketə ilk dəfə olaraq ən böyük şaquli inteqrasiya olunmuş neft şirkətlərinə qarşı bloklama məhdudiyyətləri daxildir. Xüsusilə “Qazprom Neft”, “Surqutnefteqaz” və onların törəmə şirkətləri məhdudiyyətlərə məruz qalıb. Sanksiya siyahısına Rusiya Federasiyasından karbohidrogenlərin daşınması ilə məşğul olan, həmçinin "Sovcomflot" və "Qazprom Neft" ilə əlaqəli olan 100-ə yaxın gəmi daxil edilib.
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi





























