Sinvarın öldürülməsinə ABŞ-dan reaksiya: FÜRSƏTDİR
Bizi izləyin

ABŞ

Sinvarın öldürülməsinə ABŞ-dan reaksiya: FÜRSƏTDİR

ABŞ Dövlət Departamenti HƏMAS lideri Yəhya Sinvarın öldürülməsini Qəzzada atəşkəs üçün fürsət kimi qiymətləndirib.

Publika.az xəbər verir ki, mətbuat konfransında Dövlət Departamentinin sözçüsü Metyu Miller Sinvarın İsrail tərəfindən öldürülməsindən sonra bölgə ilə bağlı proqnozlarını açıqlayıb.

Miller bildirib ki, HƏMAS hələ də İsrail üçün təhlükə yaradır:

“İsrailin bu təhlükəni aradan qaldırmaq hüququ var. Sinvarın öldürülməsi düşmənçiliyə son qoymaq və atəşkəs yaratmaq üçün fürsət ola bilər. İsraillilər müharibəni bitirmək üçün razılığa gələrək çətin qərarlar qəbul etməli olacaqlar. Bütün girovlar qaytarılmalıdır. Bu məsələdə bizim də marağımız var. Çünki 101 girovdan 7-si amerikalıdır və onların geri qayıtmasını istəyirik”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm