ABŞ
FTB-dən Rusiyaya qarşı seçki ittihamları: Qorxu yaratmaq üçün məqalələr...
Federal Təhqiqatlar Bürosu (FTB) Rusiyanın ABŞ seçkiləri ilə bağlı dezinformasiya fəaliyyəti ilə məşğul olduğunu iddia edib.
Publika.az xəbər verir ki, FTB və ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) Rusiyanın iki yeni dezinformasiya cəhdinə başladığını qeyd edib.
Bəyanatda iddia edilib ki, Rusiya ilə əlaqəsi olan şəxslər seçkilərin legitimliyinə xələl gətirmək, seçicilərdə seçki prosesi ilə bağlı qorxu yaratmaq üçün görüntülər və saxta məqalələr hazırlayıblar. ABŞ vətəndaşlarının siyasi seçimlərinə görə bir-birlərinə qarşı zorakılıq tətbiq edirlər.
Bəyanatda Rusiyanın bu fəaliyyətlərinin təxribat riski daşıdığı və fəaliyyətlərin seçki prosesinə inamı sarsıtmaq, ABŞ seçiciləri arasında ixtilaf yaratmaq məqsədi daşıdığı bildirilib. Bəyanatda Rusiyanın səsvermə günü oxşar məzmunun dərc edilməsi ehtimalına qarşı xəbərdarlıq edilib.
Bundan əlavə, bəyanatda qeyd olunub ki, İran ABŞ seçkilərinə xarici təsir üçün əhəmiyyətli təhlükə olaraq qalır.
Aysel Şahmar
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region24 May 16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO
























.jpg)










