ABŞ
Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Birləşmiş Ştatların Hökumətin Səmərəliliyi Departamenti dövlət xərclərini azaltmağa hazırlaşır və bəzi departamentlər bağlanacaq.
Publika.az xəbər verir ki, müvafiq bəyanatla İlon Maskla birlikdə yeni departamentə rəhbərlik edəcək amerikalı iş adamı Vivek Ramasvami çıxış edib.
"Biz bəzi agentliklərin tamamilə bağlanacağını, federal hökumətdə böyük ixtisarların olacağını gözləyirik", - Ramasvami "Fox News"a deyib.
O, federal podratçılar, həmçinin federal hökumətin çox böyük hesablar aldığı şəxslər arasında kütləvi ixtisarların gözlənildiyini vurğulayıb. Ramasvami deyib ki, insanlar dəyişikliklərin sürətindən təəccüblənəcəklər.
O əlavə edib ki, bəzi departamentlər Vaşinqtondan başqa şəhərlərə köçürüləcək.
Amerikalı iş adamı onu da əlavə edib ki, o və Mask ABŞ-ın Müstəqillik Bəyannaməsinin 250-ci ildönümünün qeyd olunması zamanı 2026-cı il iyulun 4-nə kimi işlərini başa çatdırmaq niyyətindədirlər.
Adəm Abbaslı
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...













.jpg)

.jpg)























