Mask Trampın qələbəsi sayəsində öz sərvət REKORDUNU QIRDI
Bizi izləyin

ABŞ

Mask Trampın qələbəsi sayəsində öz sərvət REKORDUNU QIRDI

Noyabrın 22-də sərvəti 347,8 milyard dollara çatan amerikalı sahibkar, "Space X" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask öz rekordunu qıraraq yenidən dünyanın ən varlı adamları siyahısında birinci yerdə qərarlaşıb.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliklər qeyd edirlər ki, Maskın şirkətlərinin səhmləri biznesmenin prezidentlik kampaniyası zamanı fəal şəkildə dəstəklədiyi Donald Trampın ABŞ seçkilərində qalib gəlməsindən sonra kəskin bahalaşıb. Nəticədə "Space X"in yaradıcısı da diqqət mərkəzində olub.

Mask ötən rekordu 2021-ci ilin noyabrında, sərvətinin 340,4 milyard dollar olduğu təxmin edildiyi zaman qırıb. Son bir ildə bu, təxminən 120 milyard dollar artıb.

Dünyanın ən varlı insanları siyahısında ikinci yeri 219 milyard dollar sərvəti olan Amazon-un qurucusu Jeff Bezos, ardınca isə 206 milyard dollar sərvəti olan ən böyük proqram təminatlarından biri olan "Oracle" şirkətinin həmtəsisçisi Larri Allison gəlir.

Yeni prezidentlik müddəti üçün Tramp Hökumətin Effektivliyi Departamentini yaradıb. Respublikaçıları dəstəkləyən, onun mitinqlərində çıxış edən və kampaniyaya 152 milyon dollardan çox ianə verən iki lider - sahibkar Vivek Ramasvami və İlon Mask olacaq.

"SpaceX" rəhbəri hesab edir ki, hökumət vergi ödəyicilərinin pullarını düzgün xərcləyir və dövlət aparatında həddən artıq çox məmur var.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm