ABŞ
Tramp Baydeni Ukraynaya köçürülən vəsaitləri oğurlamaqda İTTİHAM ETDİ
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp sələfi Co Baydeni Amerika vergi ödəyicilərinin Ukraynaya göndərdiyi vəsaitləri mənimsəməkdə ittiham edib.
Publika.az xəbər verir ki, respublikaçı bu barədə "Truth Social"sosial şəbəkəsində yazıb.
O, Baydenin iqtisadi kursunun “Bidenomika” adlı məqamlarını vurğulayan bir foto da yayımlayıb.
Respublikaçı bildirib ki, “Bidenomiks” belə işləyir: Amerikalılar vergi ödəyir, Bayden onları Ukraynaya göndərir. Ukraynalılar bu vəsaiti Hunter Baydenə köçürür, o, pulu atasına qaytarır, ardınca oğlu üçün əfv qərarı imzalayır.
2014-cü ilin aprelində Baydenin oğlu Ukraynanın "Burisma" qaz hasilatı qrupunun direktorlar şurasına qoşulub, bundan sonra o, dəfələrlə korrupsiyada ittiham olunub.
İddialara görə, bir ödəniş qarşılığında, o zaman atası ilə bir şirkət nümayəndəsi üçün görüş təşkil edə bilərdi.
Xatırladaq ki, dekabrın əvvəlində Bayden Hunteri əfv edən fərman imzalayıb. O, 2014-cü il yanvarın 1-dən 2024-cü il dekabrın 1-dək olan dövrü və Delaver və Kaliforniyada keçirilən iki sınaq müddətini əhatə edir.
Hüseyn İbadlı
-
Region10:18
Paşinyandan etiraf: Nə qədər müstəqil, təhlükəsiz olacağımız bundan asılıdır
-
MDB10:12
Ukraynada demoqrafik problem: bu türk dövlətlərinin vətəndaşlarını dəvət edəcəklər
-
MDB09:42
Prezident işarə verdi: Satqın ermənini biz öldürmüşük
-
Avropa09:24
Bu Avropa ölkəsində məktəbdə qətliam: 10 nəfər ölüb, 15 nəfər yaralanıb - VİDEO
-
Dünya09:00
Güclü zəlzələ daha bir ölkəni YERİNDƏN OYNATDI
-
İdman06:46
“Barselona”nın ulduzu həyat yoldaşına sürpriz etdi - FOTO
-
Magazin106:16
Leylanın evinin həyətinə METEORİT DÜŞDÜ - VİDEO
-
Səhiyyə05:45
ÜST-dən xərçənglə bağlı QORXULU PROQNOZ - "İki dəfə artacaq..."