İdman
Ötən ilin ən çox qazanan idmançıları: Ronaldo liderdir, Messi isə…
“Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldo Sportico versiyasına görə 2025-ci ilin ən çox qazanan idmançısı olub.
Publika.az xəbər verir ki, 40 yaşlı futbolçu ümumilikdə 260 milyon dollar gəlir əldə edib. Bu məbləğin 200 milyon dolları klubundakı maaşına, qalan 60 milyon dolları isə sponsor müqavilələri və meydandan kənar fəaliyyətlərdən əldə olunan gəlirlərə aiddir.
İkinci yeri boksçu Saul Alvares tutub. O, rinqdə 125 milyon dollar qazanıb, reklam müqavilələrindən isə əlavə 12 milyon dollar gəlir əldə edib.
Üçüncü sırada Lionel Messi qərarlaşıb. Onun ümumi gəliri 130 milyon dollardır. Bu məbləğin 60 milyon dolları “İnter Mayami” klubundakı maaşından, 70 milyon dolları isə sponsor müqavilələrindən formalaşıb.
“İlk onluq”da həmçinin Xuan Soto (“Mets”in beysbolçusu – 129,2 milyon dollar), Lebron Ceyms (“Los Anceles Leykers”in basketbolçusu – 128,7), Kərim Benzema (“Əl-İttihad”ın futbolçusu– 115), Stiven Karri (“Qolden Steyt”in basketbolçusu – 105,4), Şohei Otani (“Dodjers”in beysbolçusu – 102,5), Kevin Durant (“Hyuston”un basketbolçusu– 100,8) və Con Ram (qolfçu – 100,7) yer alıb.
Qeyd edək ki, ilk 100-lüyə heç bir qadın idmançı düşməyib.
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...











.jpg)



























