MDB
Dünya bu rusiyalı manyakdan danışır: Hindistanda 5 qadını öldürdü
Rusiyalı animator və manyak qatil Aleksey Leonov xarici KİV-in gündəminə gəlib.
Publika.az "SHOT" Teleqram kanalına istinadən xəbər verir ki, qalmaqallı qatil Hindistanın Qoa əyalətində beş qadını öldürməkdə şübhəli bilinir.
İlkin məlumatlara görə, onun həmyerlisinin cəsədinin tapılmasından sonra manyakla aparılan dindirmə zamanı Aleksey törətdiyi cinayəti etiraf edib və başqa bir qadını öldürdüyünü də iddia edib. Bununla da o, yerli sakin də daxil olmaqla, ümumilikdə beş qadını öldürüb. Hüquq-mühafizə orqanları hazırda iddia edilən qurbanların cəsədlərini axtarır və rusiyalı manyakın dediklərinin həqiqət olub-olmadığını araşdırırlar.
Leonovun sözlərinə görə, o, ilk qətlini yanvarın 14-də törədib. Aleksey turist Yelena V.-nin Mordjim rayonunda kirayə qaldığı mənzilinə girib, onu döyüb və bıçaqlayıb. Manyak sonda qadının boğazını kəsib. Cəsəd daha sonra qurbanın tanışı tərəfindən aşkar edilib.
İkinci qətl hadisəsi isə 16 yanvar gecəsi Arambol şəhərində baş verib. Sərxoş vəziyyətdə olan Leonov bir yerdə yaşadığı Yelena K.-nı qısqanclıq zəminində bıçaqlayıb. O, qadının əl-qolunu bağlayıb və boğazını kəsib. Bütün bunlardan sonra manyak həbs edilib. Onu ölüm hökmü gözləyir.
Tural
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman24 İyul 16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 24 İyul 14:38Baş nazir qərar imzaladı






.jpg)








.jpg)























