Art
Opera və Balet Teatrında Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert keçirildi
Noyabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib.
Publika.az xəbər verir ki, Mustafa Mehmandarovun dirijorluğu ilə keçirilən konsertdə teatrın simfonik orkestri, solistləri, xoru və balet truppası çıxış edib.
Musiqi gecəsi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə açılıb. Məhəmməd Şəmmədov Üzeyir Hacıbəylinin “Sevgili canan” əsərini, Səma Həmzəyeva Asəf Zeynallının “Ölkəm” romansını, Xəyal Hüseynov Əlibaba Məmmədovun “Xudayar təsnifi”ni, Xalq artisti Mənsum İbrahimov isə Bəhram Nəsibovun “Qarabağ” mahnısını ifa edib.
Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi” orkestr və balet truppasının birgə çıxışı ilə təqdim olunub. Cavanşir Quliyevin “Əsgər marşı” teatrın xorunun ifasında səslənib. Müslüm Maqomayevin “Odlar yurdu” əsərini isə solist Mahir Tağızadə xorun müşayiəti ilə ifa edib.
Milli musiqi irsimizin zənginliyini və xalqımızın Zəfər qürurunu əks etdirən konsert proqramı tamaşaçılara unudulmaz anlar yaşadıb, sənətin birləşdirici gücünü bir daha nümayiş etdirib.
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu

























.jpg)
.jpg)







.jpg)


