Dünya
Nüvə təhlükəsi Arktikaya sıçradı - NATO potensial hərbi əməliyyata hazırlaşır
NATO Arktikanı potensial hərbi əməliyyat teatrlarından biri kimi nəzərdən keçirir və nüvə silahından istifadə imkanları da daxil olmaqla, Uzaq Şimal şəraitində silahlı qüvvələrin tətbiqi üzrə təlimlər keçirir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiq edilmiş Rusiya Federasiyasının Arktika zonasının inkişafı və milli təhlükəsizliyin təmin edilməsi strategiyasında bildirilir.
“NATO Arktikanı potensial hərbi əməliyyat teatrlarından biri kimi nəzərdən keçirir, Arktika şəraitində silahlı qüvvələrin tətbiqi, o cümlədən nüvə silahından istifadə imkanları üzrə təlimlər keçirir”, – deyə sənəddə qeyd olunur.
Strategiya 2035-ci ilədək olan dövrü və 2050-ci ilədək perspektivi əhatə edir. Sənəddə həmçinin Arktikada hərbi infrastrukturun inkişafı, Rusiya qoşun qruplaşmasının gücləndirilməsi, eləcə də hava, suüstü və sualtı vəziyyətə nəzarət sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.
Mart ayında NATO ölkələri Norveçin, Finlandiyanın və İsveçin şimalında “Cold Response” hərbi təlimlərini keçirib. Alyansa üzv 14 ölkədən təxminən 25 min hərbçinin iştirak etdiyi manevrlər zamanı hərbçilər quru qoşunlarının, hərbi-dəniz və hərbi-hava qüvvələrinin qarşılıqlı fəaliyyətinin təşkili də daxil olmaqla, Uzaq Şimal şəraitində əməliyyatların aparılması üzrə hazırlıq keçiblər.
Sentyabr ayında Böyük Britaniya, ABŞ və Norveç də Arktikadakı Yan-Mayen adasında birgə hərbi təlimlər keçirib. “Atlantic City” manevrlərinə hərbi-dəniz və hərbi-hava qüvvələri, dəniz piyadaları və xüsusi təyinatlı qüvvələr cəlb olunub. Təlimlər hərbçilərin Uzaq Şimal şəraitində fəaliyyət göstərmək qabiliyyətinin yoxlanılmasına yönəlib.
Hüseyn İbadlı
-
Region26 Noyabr 23:48Fidan gürcüstanlı həmkarı ilə matç zamanı baş verən insidentdən danışdı
-
Magazin126 Noyabr 23:36Ülvi Həsəni pilləkəndən yıxıldı: “Allah qorudu” - VİDEO
-
İdman26 Noyabr 22:57"Beşiktaş" - "Hapoel Beer-Şeva" matçında insident: Xəsarət alan var - FOTO/VİDEO
-
Sosial26 Noyabr 22:24Parkda gecələyən uşağın valideyninə bu cəza verildi
-
ABŞ26 Noyabr 22:12Şükranlıq Günündə yarım milyondan çox amerikalı işıqsız qaldı
-
Gözəllik26 Noyabr 21:36Qışda saçlara necə qulluq edilməlidir? - Stilistdən tövsiyə
-
Hadisə26 Noyabr 21:12Azərbaycanda zəlzələ oldu
-
Region26 Noyabr 20:24İranda saxta spirtli içkidən kütləvi zəhərlənmə - Çox sayda ölən var
































