Səhiyyə
Bu ölkədə Ebola epidemiyası 8 əyalətə yayıldı - Ölənlərin sayı 6 minə yaxınlaşır
Konqo Demokratik Respublikasında (KDR) may ayında başlayan Ebola epidemiyası nəticəsində təsdiqlənmiş yoluxma hallarının sayı 12021-ə, ölənlərin sayı isə 5904-a çatıb. Epidemiya ölkənin səkkiz əyalətinə yayılıb.
Publika.az xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.
Bildirilib ki, epidemiyaya səbəb olan Ebola virusunun Bundibuqyo variantına qarşı təsdiqlənmiş vaksin və ya müalicə vasitəsi yoxdur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırkı epidemiyanı Konqo Demokratik Respublikasının tarixində qeydə alınan ən böyük Ebola epidemiyası kimi qiymətləndirib.
Qeyd olunub ki, epidemiya ilk dəfə mayın 15-də ölkənin şərqində yerləşən İturi əyalətində elan edilib. Bölgədəki silahlı münaqişələr və əhalinin epidemiya ilə mübarizə tədbirlərinə qarşı reaksiyası virusun yayılmasını çətinləşdirib. Nəticədə yoluxma halları İturi, Şimali Kivu və Cənubi Kivu da daxil olmaqla səkkiz əyalətdə qeydə alınıb.
ÜST-ün oktyabr ayına aid məlumatlarına görə, epidemiyanın əsas mərkəzi İturi əyalətidir. Ölüm göstəricisinin ən yüksək olduğu ərazi isə Şimali Kivu əyalətidir. Burada təsdiqlənmiş yoluxma hallarının 55 faizindən çoxu ölümlə nəticələnib.
Virus ölkə sərhədlərini də keçib
Məlumata görə, Konqo Demokratik Respublikası ilə yanaşı, Uqandada da təsdiqlənmiş yoluxma hallarının aşkarlanmasından sonra ÜST mayın 17-də epidemiyanı beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib. Keniya da oktyabrın 6-da ölkədə xaricdən gətirilmiş ilk Ebola yoluxmasını təsdiqləyib.
Qeyd edək ki, Ebola virusu ilk dəfə 1976-cı ildə Sudan və Konqo Demokratik Respublikasında qeydə alınıb. İndiyədək ən böyük Ebola epidemiyası 2014-2016-cı illərdə Qvineya, Liberiya və Syerra-Leonedə baş verib. Həmin dövrdə təxminən 30 min nəfər virusa yoluxub, 11 mindən çox insan həyatını itirib.
Hüseyn İbadlı
-
Sosial01:41Kənd yumurtası kəskin bahalaşdı - VİDEO
-
İdman00:15Ərdoğan “Beşiktaş”ın prezidentinə zəng etdi
-
Qoroskop00:10Günün ULDUZ FALI - Zəhmətinizin bəhrəsini görməyə çox az qalıb
-
Region26 Noyabr 23:48Fidan gürcüstanlı həmkarı ilə matç zamanı baş verən insidentdən danışdı
-
Magazin126 Noyabr 23:36Ülvi Həsəni pilləkəndən yıxıldı: “Allah qorudu” - VİDEO
-
İdman26 Noyabr 22:57"Beşiktaş" - "Hapoel Beer-Şeva" matçında insident: Xəsarət alan var - FOTO/VİDEO
-
Sosial26 Noyabr 22:24Parkda gecələyən uşağın valideyninə bu cəza verildi
-
ABŞ26 Noyabr 22:12Şükranlıq Günündə yarım milyondan çox amerikalı işıqsız qaldı






.jpg)





























