Fidan gürcüstanlı həmkarı ilə matç zamanı baş verən insidentdən danışdı
Bizi izləyin

Region

Fidan gürcüstanlı həmkarı ilə matç zamanı baş verən insidentdən danışdı

Fidan gürcüstanlı həmkarı ilə matç zamanı baş verən insidentdən danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı Maka Boçorişvili ilə UEFA Avropa Liqasının əsas mərhələsi çərçivəsində Gürcüstanda keçirilən “Beşiktaş” (Türkiyə) – “Hapoel” (İsrail) matçı zamanı baş verən insidenti müzakirə edib.

Publika.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, Hakan Fidan gürcüstanlı həmkarı ilə telefon danışığı zamanı stadionda olan Türkiyə vətəndaşlarının vəziyyəti barədə fikir mübadiləsi aparıb.

Telekanalın məlumatında, həmçinin Türkiyənin Tbilisidəki səfirliyinin və baş konsulluğunun əməkdaşlarının stadionda olduqları bildirilib. Qeyd olunub ki, diplomatik nümayəndəliklərin əməkdaşları Türkiyə vətəndaşlarının hüquqlarının qorunması istiqamətində zəruri tədbirlər görürlər.

Qeyd edək ki, “Batumi Arena”da keçirilən qarşılaşma yerli polisin “Beşiktaş” azarkeşlərinə müdaxiləsindən sonra müvəqqəti dayandırılıb. Polis əməkdaşlarının azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir. 25-ci dəqiqədə dayandırılan görüş daha sonra bərpa olunub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm