ABŞ
Moda evləri Melaniya Trampı geyindirməkdən imtina edir
Moda evləri həyat yoldaşı Donald Trampın andiçmə mərasimi öncəsi Melaniya Trampa geyim verməkdən imtina etməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Daily Mail yazır.
Bir çox dizaynerin Melaniya Trampla əməkdaşlıqdan imtina etməsi moda dünyasının ən nüfuzlu jurnalı olan “Vogue”un baş redaktoru Anna Uinturun ondan üz döndərməsi ilə bağlıdır. Belə ki, jurnal ABŞ-ın seçilmiş prezidentinin həyat yoldaşının şəklini yenidən jurnalın üz qabığına qoymaq istəmir. Halbuki, digər ABŞ prezidentlərinin həyat yoldaşlarının fotoları əvvəllər bu jurnalın üz qabığında dərc olunub.
Onlarla dizayner tərəfindən boykot edilən ABŞ-ın gələcək birinci xanımı paltar seçərkən dəb tendensiyalarına deyil, öz zövqünə güvənməyə məcbur olub. Melaniya hələ də daimi müştəri kimi "Dior" mağazalarından və digər moda evlərindən geyimlər alır.
Qeyd edək ki, bundan əvvəl Melaniya Tramp Mişel Obama haqqında sərt fikirlər səsləndirmişdi.
Ləman
-
Hadisə15:02
Sumqayıtdakı yanğın söndürüldü - Video/Yeniləndi
-
Nəqliyyat14:45
Sabah Bakıda bu marşrutların hərəkəti dəyişdiriləcək
-
Kriminal12:50
İmişlidə qəzaya səbəb olan sürücünün 17 yaşı varmış
-
Yaxın Şərq12:45
HƏMAS azad edəcəyi girovların siyahısını İsrailə göndərdi
-
Magazin212:19
Dima Bilanı tanıya bilmədilər: 20 il gəncləşdi - FOTOLAR
-
Sosial11:14
İmişlidəki qəzada həlak olan məktəblilərin FOTOLARI
-
Elm və təhsil11:03
Nizaməddin Şəmsizadə KOMAYA DÜŞDÜ
-
Kriminal10:18
Hökümənin ailəsinin pulunu oğurlayan Ayazın saxlanılma anı - VİDEO