ABŞ
"TikTok" ABŞ-da BLOKLANDI - Elanda deyilir ki...
Qısa videoların yaradılması və baxılması xidməti "TikTok" ABŞ hakimiyyətinin qadağasından sonra bu ölkədə bloklanıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, xidmət “Apple” proqram mağazasında yoxa çıxıb və proqramın özünə daxil olmaq istəyəndə belə bir elan görünür:
“ABŞ-da "TikTok"u qadağan edən qanun qüvvəyə minib. Təəssüf ki, bu o deməkdir ki, siz hələlik "TikTok"dan istifadə edə bilməyəcəksiniz”.
2024-cü ilin aprelində ABŞ-ın hazırkı prezidenti Co Bayden qanun imzalayıb, ona görə platforma 2025-ci il yanvarın 19-dək Amerika şirkətinin nəzarətinə keçməlidir, əks halda onun ölkədə fəaliyyəti qadağan olunacaq.
ABŞ rəsmiləri qorxurlar ki, Çin hökuməti istifadəçi məlumatlarını tələb edə və ya proqramdan təbliğat yaymaq üçün istifadə edə bilər.
Bununla belə, "TikTok" nümayəndələri bu narahatlıqları dəfələrlə təkzib ediblər.
Hüseyn İbadlı
-
Avropa09:37Polşadan Rusiyaya sərt xəbərdarlıq: "Təxribat olsa, ordumuzu göndərəcəyik!"
-
Maraq dünyası09:19Moskvanın rekordçu ailəsi: Evdə 15 uşaq böyüyür
-
Sağlamlıq08:48Qaraciyər üçün faydalı olan üç məhsul - Tərkibində nələr var?
-
ABŞ08:24“Qırmızı fənərlər məhəlləsi”ndə atışma - Ölən və yaralananlar var
-
Dəb07:4770-ci illərin saç düzümü dəbə qayıdır - Amerikalı müğənnilər kimi... / Foto
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:1653 yaşlı türk aktrisa necə formada qaldığının sirrini açıqladı - Foto
-
Sosial02:42Bakının bu ərazisində söküntüyə hazırlıq gedir: Kompensasiya veriləcək? - Video



































