ABŞ
Tramp fərman imzaladı: ABŞ-da yalnız kişi və qadın cinsləri tanınacaq
ABŞ-ın 47-ci prezidenti Donald Tramp and içdikdən sonra ölkədə yalnız iki cinsin, kişi və qadının tanınacağını bildirən fərman imzalayıb.
Publika.az xəbər verir ki, Trampın vəzifəyə gəldiyi ilk gündə imzaladığı çoxsaylı sərəncamlarından biri də ölkədə genderin tərifini müəyyən edən fərman olub.
ABŞ-ın yalnız iki cinsi, kişi və qadını tanıyacağını bildirən fərmanda məqsədin qadınları ekstremist gender ideologiyasından qorumaq və bioloji reallığı ilkin vəziyyətinə qaytarmaq olduğu bildirilir.
Fərmanda federal hökumətin cins əvəzinə bioloji cins sözünü işlətmək niyyətində olduğu, pasport və viza kimi rəsmi sənədlərdə cinsin doğru şəkildə ifadə edilməsinin vacibliyi qeyd edilib.
“NBC News”un məlumatına görə, ABŞ-ın keçmiş prezidenti Co Bayden 2022-ci ildə ABŞ vətəndaşlarının pasportlarının gender bölməsində “X” sözündən istifadə etmək qərarına gəlib.
Aysel Şahmar
-
Hadisə21:45Bakının mərkəzində dönərxana YANDI - VİDEO/YENİLƏNDİ
-
Magazin121:39Xalq artistinin oğlunun toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Hadisə20:28Avtobus yük avtomobili ilə toqquşdu: Xəsarət alan var - FOTO
-
Dünya19:24Bütün ölkələr yox olacaq! - Maskdan xəbərdarlıq
-
Magazin118:24Mətanət İsgəndərli dəbdəbəli mənzilində bahalı geyimlərini GÖSTƏRDİ - VİDEO
-
Avropa17:48Berlindən müəmmalı qərar: Hərbçilər təcili Qrenlandiyadan çıxarılır
-
İdman16:58“Qarabağ”la oyundan öncə “Ayntraxt”dan şok qərar: Baş məşqçi qovuldu
-
İdman16:29"Mançester Yunayted"in əfsanəsi kar oldu
















.jpg)









.jpg)










