Avropa
Almaniya hərbçiləri Qrenlandiyanı buna görə tərk edib - RƏSMİ AÇIQLAMA
Almaniyanın Silahlı Qüvvələri (Bundesver) Qrenlandiyada həyata keçirilən missiya çərçivəsində qarşıya qoyulan tapşırıqların yerinə yetirildiyini bəyan edib.
Publika.az xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələri missiyasının nümayəndəsi, polkovnik-leytenant Peter Milevçuk "Funke" media qrupuna verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, əsas məqsəd təlim və hazırlıq təşəbbüsü çərçivəsində mövcud vəziyyəti öyrənmək olub və bu tapşırıq uğurla icra edilib.
Qeyd edək ki, Almaniyanın 15 əsgər və zabitinə admiral Stefan Pauli rəhbərlik edib.
Bundan əvvəl "Bild" qəzeti Almaniyanın Qrenlandiyada olan hərbçilərinin bazar günü səhər gözlənilmədən Berlindən adanı təcili tərk etmək əmri aldıqlarını yazıb. İddia edilib ki, ərazidə planlaşdırılan bütün tədbirlər ləğv edilib, hər şey məxfilik şəraitində həyata keçirilib.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı

































