Trampa Ukrayna ilə bağlı sərt plan təklif olundu: Cəhənnəmə gedin
Bizi izləyin

ABŞ

Trampa Ukrayna ilə bağlı sərt plan təklif olundu: Cəhənnəmə gedin

ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarını Ukraynaya göndərməkdən qəti şəkildə imtina etməlidir.

Publika.az xəbər verir ki, belə bir təkliflə Ronald Reyqanın keçmiş xüsusi köməkçisi Duq Bandou çıxış edib.

Onun sözlərinə görə, Zelenski Amerika liderini tabeçiliyində olan şəxs kimi qəbul edir.

“Tramp və onun xarici siyasət üzrə yüksək səviyyəli müşavirlərinin cavabı təkcə “yox” deyil, “cəhənnəmdən də o tərəfə gedin!” olmalıdır”, - deyə Bandou bildirib.

Ekspert Trampı “Ukraynadakı müharibəyə daha da dərindən müdaxilə etmək üçün düşünülməmiş təhlükədən” əl çəkməyə çağırıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm