Transgender əsgərlər Trampı məhkəməyə verdi
Bizi izləyin

ABŞ

Transgender əsgərlər Trampı məhkəməyə verdi

Altı ABŞ hərbçisi transseksualların silahlı qüvvələrdə xidmətini qadağan edən fərmanına görə prezident Donald Trampı məhkəməyə verib.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Vaşinqton federal məhkəməsində qaldırılan iddia, tənzimləmənin "qanuni əsaslandırma olmadan" cinsi və transgender statusuna görə ayrı-seçkilik edərək Konstitusiyanın bərabər qorunma təminatlarını pozduğunu iddia edir.

“Qadağa son dörd il ərzində transseksual hərbçilərin fəaliyyəti və ya onların xidmətində yarana biləcək problemlərlə bağlı heç bir araşdırma aparılmadan qoyulub”, - deyə iddiaçılar məhkəmədən prosesin dayandırılmasını xahiş ediblər.

Müvafiq sərəncamı yanvarın 27-də ABŞ prezidenti imzalayıb.

Sərəncamda deyilir ki, “qoşunların hazırlığının yüksək standartlarının” saxlanılması gender disforiyası olan insanlar üçün “tibbi, cərrahi və psixi sağlamlıq məhdudiyyətləri” ilə uyğun gəlmir.

“Hormonal və cərrahi tibbi müdaxilələrlə yanaşı, insanın cinsiyyətinə uyğun gəlməyən cinsi şəxsiyyətin mənimsənilməsi əsgərin şəxsi həyatında belə, dürüstlük, doğruluq və nizam-intizam öhdəliyi ilə ziddiyyət təşkil edir”, - Trampın sərəncamında deyilir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm